"Standard Lizinq" MMC şirkəti
"Standard Lizinq" MMC ABSTANDARD şirkətlər qrupunun üzvüdür. Şirkət 07 iyul 2009-cu ildə dövlət qeydiyyatından keçmişdir. "Standard Lizinq" MMC-nin təsisçiləri - "Standard Kapital" MMC (99,998%) və "AB Standard" MMC (0,002%). Nizamnamə kapitalı 4 ,0 mln AZN təşkil edir. Şirkət hüquqi və fiziki şəxslərə, fərdi sahibkarlara minik və yük avtomobillərinin, avtobusların, xüsusi texnikanın və avadanlığın lizinqlə əldə edilməsi ilə bağlı xidmətlərini təklif edir və lizinq alanlara onların fəaliyyətlərində yardımçı olmaq məqsədini güdür. "Standard Lizinq" MMC fəaliyyətində aşağıdakı istiqamətlərə üstünlük verir:
- yük avtomobillərinin lizinqi;
- minik avtomobillərinin lizinqi;
- avtobusların lizinqi;
- tikinti texnikasının lizinqi;
- tibbi avadanlığın lizinqi;
|