Ana səhifə | Bələdçi     AZ | EN | RU

V A L Y U T A   K U R S L A R I
  20/11/2024 21/11/2024
   USD
   EUR
   RUR

Ə L A Q Ə   İ N F O R M A S İ Y A S I

Bakı ş., Azərbaycan, AZ1010
Süleyman Rüstəm küç 4.

Tel.:(+994 12) 441 44 78
Fax:(+994 12) 441 44 79

F A Y D A L I   L İ N K L Ə R



«Lizinqin Üstünlükləri»

Sizin pullarınız və  dövriyyə kapitalınız Sizdə  qalır.  
Siz avadanlığın alınmasına vəsait qoymursunuz. Həmin vəsaitləri Siz marketinqə, dövriyyə kapitalının artırılmasına, cari xərclərinizin ödənilməsinə yönəldə bilərsiniz. 

Lizinq kredit xətlərini istifadəsiz saxlayır.  
Lizinqdən istifadə edərkən Siz kredit xətlərindən istifadə etmirsiniz və onları operativ və qısamüddətli maliyyə ehtiyaclarınızın ödənilməsi üçün istifadə etmək imkanına malik olursunuz.  

Siz yalnız istifadə etdiyiniz müddət üçün haqq ödəyirsiniz.  
Aylıq ödənişlər avadanlıqdan dərhal istifadə edilməsinə imkan yaradır. Yeni müasir avadanlıqdan istifadə edərək Siz gəlir əldə edir və avadanlıqdan istifadə edilməsinə görə həmin gəlirdən haqq ödəyirsiniz.
Lizinq yüzfaizli maliyyələşdirmədir.  
Daşınma, quraşdırma, personalın təliminə çəkilən xərclər də daxil olmaqla lizinq avadanlığın dəyərinin 100% maliyyələşdirə bilər. Bank kreditindən fərqli olaraq qabağcadan ödəniş və müəyyən dəyərdə aktivlərə malik olmaq tələb olunmur. 

Lizinq - əsas vəsaitlərin təzələnməsi vasitəsidir.  
Lizinq mütəmadi olaraq avadanlığın təzələnməsinə və bununla da müasir texnologiyadan istifadə edilməsinə imkan yaradır.  

Lizinq büdcə məhdudiyyətlərini nəzərə almamaq imkanını yaradır.  
Vəsaitin çatışmaması üzündən lazım olan avadınlıqın alınması gecikdirildikdə, yaxud bundan imtina edildikdə lizinq əvəzolunmazdır, çünki o, lizinq odənişlərinə az məbləğlərin xərclənməsinə və eyni zamanda lazım olan avadanlıqdan istifadə edilməsinə imkan yaradır. Lizinq hətta budcəsinin imkanları xeyli məhdud olan müəssisələr üçün də mümkündür.  

Lizinq obyekti etibarlığın təminatçısı kimi.  
Avadanlığın lizinq verənin mülkiyyətində olması lizinq alanın kredit qabiliyyətli olmasını sübut etmək, yaxud girov təklif etmək vəzifəsini istisna edir. Bu faktın mövcud olması qeyri təkmil girov qanunvericiliyi olan ölkələrdə fəaliyyət göstərən müəssisələr üçün lizinqi xüsusilə əlverişli edir.  


Ana səhifə | Standard Lizinq | Lizinq şərtləri | Sifariş formaları | Rekvizitlər
Designed by VebTek 2024 © Standard Lizinq. Bütün hüquqlar qorunur.