Ana səhifə | Bələdçi     AZ | EN | RU

V A L Y U T A   K U R S L A R I
  20/11/2024 21/11/2024
   USD
   EUR
   RUR

Ə L A Q Ə   İ N F O R M A S İ Y A S I

Bakı ş., Azərbaycan, AZ1010
Süleyman Rüstəm küç 4.

Tel.:(+994 12) 441 44 78
Fax:(+994 12) 441 44 79

F A Y D A L I   L İ N K L Ə R



«Lizinq Nədir?»

Lizinq bir maliyyə xidmətidir. Ölkəmizdə və dünyada getdikcə daha da inkişaf edən Lizinq, bir avadanlığın öz vəsaitlərlə və ya kreditlə satınalınmasına alternativ olaraq bir lizinq şirkəti tərəfindən satın alınaraq müəssisəyə orta və uzun müddətə istifadəyə (icarəyə) verilməsi və müqavilə müddəti sonunda isə müqavilədə əvvəlcədən razılaşdırılmış simvolik bir qiymətlə bu müəssisəyə satılmasıdır. Avadanlığın müəssisənin özvəsaitləri ilə satınalınması yerinə lizinqə götürülməsi nəticəsində, özvəsaitlərin digər sahələrə yönəldilməsi və nəticədə müəssisənin mənfəətliliyinin artırılması mümkündür. Belə ki, investisiya qoyuluşlarının lizinqlə həyata keçirilməsi sərbəst qalan özvəsaitlərin dövriyyə vəsaiti kimi istifadəsinə yol açır və qısa müddətli kreditlərdən istifadəyə ehtiyac qalmır.
Lizinq üçtərəfli sazişdir. Lizinq sövdələşməsinin iştirakçıları əsas üç şəxsdən ibarət olur: lizinqverən (Lizinq Şirkəti), lizinqalan (Siz) və lizinqə veriləcək avadanlığın satıcısı (Təchizatçı).
Lizinq sövdələşməsində ən azı iki müqavilənin bağlanması nəzərdə tutulur:

  • lizinqverənlə (lizinq şirkəti) və lizinqalan arasında (müştəri) lizinq müqaviləsi;
  • lizinqverən və avadanlığın satıcısı(təchizatçısı) arasında alqı-satqı müqaviləsi.
Avadanlığın satıcıları (təchizatçıları) müştəri şirkətin (lizinqalanın) özü tərəfindən seçilir.

Kredit və nəğd alışla müqayisədə lizinqin bir sıra üstünlükləri vardır:
  • Lizinq ödəmələri ƏDV-yə cəlb olunmur.
  • İnvestisiya qoyuluşlarını 100 % maliyyələşdirir. Belə ki, nəqliyyat, vergi, sığorta, montaj və digər xərclər bütövlükdə Lizinqlə maliyyələşdirilə bilər.
  • Lizinq avadanlığı lizinq şirkətinin mülkiyyətində olduğundan, bank kreditlərindən fərqli olaraq adətən müştərilərindən əlavə girov tələb etmir.
  • Lizinq ödəmələri tamamilə xərclərə aid edilir.
  • Uzun müddətli maliyyə vəsaitlərinin Respublikamızda qıt olduğu şəraitdə lizinqlə investisiya qoyuluşlarınızı 5 ilədək maliyyələşdirə bilərsiniz.
  • Lizinqdə əmlakın sürətli amortizasiyası üçün iki qat koefisientinin tətbiqi mümkündür. Bu da öz növbəsində, investisiya qoyuluşu mərhələsində vergilərinizi böyük ölçüdə azaldır.
  • Lizinqdə bütün ödənişləriniz nəğd vəsaitlərinizin axımına uyğunlaşdırılır və maliyyə ehtiyacı hissetmədən uzun müddətə geri ödəmə imkanı əldə edirsiniz.
  • Lizinqdə investisiyanız özü özünü maliyyələşdirir. Belə ki, lizinq ödənişlərini investisiya qoyuluşundan əldə edəcəyiniz gəlirlə həyata keçirəcəksiniz.

«Lizinqin Növləri»

Müəssisələr adətən istifadə etdikləri əsas vəsaitlərin həm də sahibidirlər və bu vəsaitlər onların balansında da əks olunur. Bu, müəssisələr üçün hər zaman müsbət hal kimi qarşılanmır. Lizinqin yaranması ilə müəssisələr əsas vəsaitlərini satınalma ilə yanaşı kiralama yolu ilə də qazanmaq imkanını əldə etmişdir. Lizinq münasibətlərində əmlakın mülkiyyətinə sahib olmanın ortaya çıxardığı xərclər Lizinq Şirkətinə aid olduğu üçün lizinq yolu ilə avadanlıq əldə edən müəssisələr qazanclı çıxmaqdadır. Bəzən hətta, müəssisələr sahib olduqları avadanlıqları lizinq şirkətlərinə satıb eyni avadanlıqları həmin şirkətdən yenidən maliyyə lizinqi yolu ilə icarəyə götürmək üsullarına belə müraciət etmişdirlər və beləliklə lizinqin qaytarılan lizinq növü ortaya çıxmışdır.
Ümumiyyətlə, lizinqin ən geniş istifadə edilən aşağıdakı növləri vardır. Bunlar Operativ Lizinq (Operating Leases),və Maliyyə Lizinqidir (Financial Leases).

«Operativ Lizinq»

Lizinqin bu növündə, maliyyə lizinqi ilə müqayisədə müqavilə müddəti daha qısa müddətli, lizinq ödənişləri isə daha yüksək olur. Bu lizinq növündə lizinq şirkəti avadanlığın bütün cari və əsaslı təmir xərclərini özü çəkir və bu xərclər lizinq ödənişlərinə əlavə edilir. Operativ lizinqdə müqavilə sonunda avadanlığın mülkiyyəti lizinq şirkətində qalır. Buna görə də, operativ lizinqdə müqavilə müddəti adətən çox qısa olur və lizinqalan tərəfindən ödənilən lizinq ödənişləri avadanlığın dəyərini tam əhatə etmir. Lizinq şirkətləri operativ lizinqə verdikləri avadanlıqları ya ikinci dəfə lizinqə verməklə və ya satmaqla avadanlığın tam qiymətini əldə edirlər. Müəssisələr tərəfindən operativ lizinq əsasən çox sürətlə inkişaf edən texnika vasitələrinin əldə edilməsində istifadə olunur. Belə ki, bəzi avadanlıqların texniki cəhətdən saz vəziyyətdə olmasına baxmayaraq, bazara yeni modellərin təqdim edilməsi ilə bu avadanlıqların mənəvi köhnəlməsi hadisəsi baş verir və nəticədə bir müəssisə üçün istehsal avadanlıqlarının hamısının yenilənməsi böyük ölçüdə maliyyə vəsaitləri tələb edir. Operativ lizinqdə isə bu avadanlıqlar icarəyə götürülərək rahatlıqla belə vəziyyətlərdən çıxış yolu əldə edilir.
Operativ lizinqdə avadanlıq lizinq şirkəti tərəfindən müştərinin (lizinqalanın) əvvəlcədən razılığı olmadan alınır və bununla bağlı bütün riskləri lizinq şirkəti öz üzərinə götürür.

«Maliyyə Lizinqi»

Maliyyə lizinqi lizinqin ən geniş yayılan formasıdır. Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən nəzərdə tutulmuş simvolik bir dəyərlə lizinqalana satılması nəzərdə tutulur. Bu lizinq növündə lizinq müqavilələrinin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur. Maliyyə lizinqində avadanlıqları adətən müştəri (lizinqalan) seçir və lizinq şirkətinə bu avadanlığın alınması üçün sifariş verir. Maliyyə lizinqində avadanlığın cari və əsaslı təmiri lizinqalan tərəfindən öz vəsaiti hesabına həyata keçirilir. Maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir. Lizinq şirkəti alınacaq avadanlıq haqqında heç bir məlumata sahib deyil və hətta çox vaxt alınan avadanlıq satıcı tərəfindən birbaşa müştəriyə (lizinqalana) təqdim edildiyi üçün lizinq şirkəti avadanlığı görmür.


Ana səhifə | Standard Lizinq | Lizinq şərtləri | Sifariş formaları | Rekvizitlər
Designed by VebTek 2024 © Standard Lizinq. Bütün hüquqlar qorunur.